Mingəçevirdə dərmandan zəhərlənmə


10:07     06 Fevral 2019 zeherlenme.png

Mingəçevir şəhərində zəhərlənmə hadisəsi baş verib.

Femida.az “Report”a istinadən xəbər verir ki, Günəş küçəsi, 58 ünvanında yaşayan 1972-ci il təvəllüdlü yerli sakin Ramazanov Vaqif Zülfüqar oğlu normadan artıq “Fenezopam” dərman preparatı qəbul etdikdən sonra vəziyyəti pisləşib.

İlkin müayinə zamanı onun zəhərləndiyi məlum olub və zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

V.Ramazanov uzun müddətdir psixoloji problemlərdən əziyyət çəkir. Onun həkim məsləhəti olmadan çoxlu miqdarda qəbul etdiyi həblər, əsasən yuxu gətirmək vasitəsi kimi istifadə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 381