Naxçıvanda 44 minə yaxın iş yeri açılıb - 21 ildə


10:41     06 Fevral 2019 naxcivan.jpg

2008-ci ildən 1 yanvar 2019-cu il tarixədək muxtar respublikada 43 min 717 yeni iş yeri açılıb ki, bunun da 87,7 faizi daimi iş yerləridir.


Femida.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, məşğul əhalinin sayı 2008-ci ilin sonu ilə müqayisədə 22,8 faiz artaraq 237,4 min nəfərə çatıb. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 433 manat olub ki, 2008-ci ildə bu göstərici 235,2 manat səviyyəsində olub.

2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 1 milyard 638 milyon manata yaxın olub ki, bu da 2008-ci ildəki göstəricidən 4,2 dəfə çoxdur.

Femida.az

Açar sözlər: #Naxçıvan   #Statistika  

Oxunub: 407