Zəlzələdə əmlakına zərər dəyənlər – ÖDƏNİŞ ALA BİLƏRSİZ


11:17     06 Fevral 2019 Pul-manat.jpg


Ötən gün Azərbaycanda baş verən zəlzələ və dağıntılar, daşınmaz əmlakın sığortası məsələsini yenidən aktuallaşdırıb. Sığorta mütəxəsisi İlkin İbrahimov zəlzələ nəticəsində zərər dəyən əmlaklara görə, ödənişin hansı məbləğdə olmasına aydınlıq gətirib:

«Ölkəmizdə təbii fəlakərlərlə bağlı yəni zəlzələ, sel, yer sürüşməsi, tufan və.s. hallarla bağlı daşınmaz əmlakın icbari sığorta növü üzrə sığorta məhsulunda qeyd olunmuşdur. Belə hallarda ilk növbədə sığortanın tələbi əvvəldən əmlakı sığortalamaqdır. Yəni riski əvvəldən görüb müəyyən edilmiş məbləği ödəməklə müqaviləni əldə etmək. Bu tariflər diferensial bölünmüşdür. Bakıda 50 AZN ödəməklə 250 Azn azadolma çıxılmaqla 24750 azn ödəniş , Gəncə, Sumqayıt və Naxçıvanda 40 AZN ödəməklə 200 Azn azadolma çıxılmaqla 19800 Azn, və digər bölgələr üçün 30 AZN ödəməklə, 150 Azn azadolma çıxılmaqla 14850 AZN sığorta kompensasiyası almaq mümkündür. Dövlət inzibati binaları və ya əmlakları (icra orqanlarının binaları, məktəb və səhiyyə orqanlarının binaları və.s.), dövlət büdcəsindən, aztəminatlı sosial yardım alan şəxslər də eyni qayda olaraq dövlət büdcəsindən maliyyələşir.

Yəni ölkədə daşınmaz əmlakın çıxarışı olan bütün əmlaklar sığortalanır. Etməyənlər cəzalanmalıdır. Lakin cəza mexanizmi inzibati Xətalar Məcəlləsində nəzərdə tutulub, icra mexanizmi yoxdur. Digər tərəfdən əhali sığorta məhsullarına az maraq göstərir. Bunun ən başlıca səbəbi coğrafiya institutudur. Hər gün məsələn yağış nə qədər yağıb, zəlzələ hansı rayonda olub bu məsələlər ödənişlidir və gün hesabı nəzərdə tutulur. 36.60 qəpik hər gün üçün informasiya almağa pul xərclənməlidir. Digər tərəfdən sığorta şirkətləri də belə hallardan istifadə edərək ödənişi verməkdən aylarla uzadır. Əlavə olaraq dövlət də sığortası olmayan əmlaklarla bağlı FHN vasitəsilə ödəniş etmək məcburiyyətində qalır». (fed.az)

Femida.az

Açar sözlər: #sığorta   #zəlzələ  

Oxunub: 1030