Nardaranda silah-sursat tapılıb


11:52     06 Fevral 2019 2019/02/51253-1549439293_1549439633.jpg

Nardaran qəsəbəsi bağlar yaşayış sahəsində sellofan torbada silah-sursat aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi bağlar yaşayış sahəsində sellofan torbada 1 yivli təklüləli tüfəng, nömrəsi silinmiş “Naqan” tipli tapança, alışqanı ilə birgə 1 ədəd “F-1” qumbarası və 39 ədəd avtomat patronu tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 365