Ucarda ər arvadını qətlə yetirdi
12:10 06 Fevral 2019
Ucar rayonunda qətl hadisəsi baş verib.
Şamil Fərzəliyev küçəsində rayon sakini 1970-ci il təvəllüdlü Arzu Xudat oğlu Tağiyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1972-ci il təvəllüdlü Şəhla Tağıyeva və qayınanası Zivər Qaraş qızı Tağıyevaya küt alətlərlə baş nahiyələrindən zərbələr endirib.
Ağır zərbələr nəticəsində Ş.Tağıyeva dünyasını dəyişib, qaynanası Z.Tağıyeva isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanaların birinə göndərilib.
Hadisəni törədən A.Tağıyev artıq saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Report)
Femida.az
Oxunub: 704
Oxşar xəbərlər
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Ucarda piyadanı yük qatarı vurub öldürüb
- Boris Conson: "Putin artıq Ukraynada uğursuzluğa düçar olur"
- Ucarda yol qəzasında ana və 7 aylıq körpəsi xəsarət alıb
- Ucarda qaydaları pozan COVID-19 xəstələri barədə araşdırma aparılır
- Baş Prokurorluq: "Ucarda şagirdin intihara cəhd etməsi araşdırılır"
- Ucar polisi əməliyyat keçirib, 4 nəfər saxlanılıb
- Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib
- Gəncə, Masallı və Ucarda vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayır
- Ucarda evlərdən 13 min manatlıq oğurluq edən şəxslər saxlanılıb