Azərbaycanda dəhşətli hadisə: Avtomobil yandı,sevgilisi öldü (VİDEO)


12:24     06 Fevral 2019 2019/02/product_1549285139_1549441866.jpg

Femida.az xəbər verir ki, ARB TV-nin “Rezonans” proqramı növbəti buraxılışında məhkum Ağahüseyn Dadaşovun həyat hekayəsini yayımlayıb.



Ağahüseyn Dadaşov – Məhkum (Cəzası 14 il):

“Mağazam var idi. Televizor, maqnitafon təmir edirdim. Qazancım da yaxşı idi. Subay idim. İlhamə xanımla tanış oldum. Mənə dedi ki, ərim yoxdur, baxanım yoxdur. Mən də ona kömək edirdim. Bir axşam İlhamə ilə dəniz qırağına getdik. Evə qayıdanda yolda qəflətən maşın söndü. Kənara verib saxladım. Qısa qapanma oldu maşın başladı yanmağa. Qapılar bağlandı. Şüşəni sındırıb özümü bayıra atdım.





İlhaməni də çıxartdım. İsti-isti idi, çox hiss etmirdim, amma bir tərəfim yanmışdı. İlhaməni də söndürdüm. Dedim ki, yola çıx, taksi tut, get evə mən də maşını söndürüb gəlirəm. Gördüm söndürə bilmirəm. Yola çıxdım taksi tutub gəldim evə. Uşaqlardan soruşdum ki, ananız gəlib? Dedilər ki, yox. Sonradan bildim ki, İlhamə yolda yıxılıb, gecə növbəsində işləyən şəxslər onu xəstəxanaya aparıblar. Qohumları onu xəstəxanadan götürüb rayona apardı. 3 gündən sonra xəbər gəldi ki, dünyasını dəyişib. Özümü günahkar hesab edirəm. Kaş mənə nəsə olaydı, ona heçnə olmayaydı. Təəssüf edirəm, amma əlimdən heç nə gəlmir. Maşın aldım, ev qurdum, evləndim. Fikirləşdim ki, gün görərəm. Amma cəmi 10 ay çəkdi bu xoşbəxtliyim. 1 övladım var. 2 ilə yaxındır hələ üzünü görməmişəm. İlhamə evliliyimə etiraz da etmirdi. Bilirdi subayam, əvvəl-axır evlənməyiləm. Təkəbbürlük edirdim. Yolumu azmışdım. İmkanım var idi, elə bilirdim həmişə belə olacaq. Bura düşəndən sonra başa düşdüm ki, elə deyilmiş. Bura düşməyi heç kimə arzu etmirəm. İnsan burada hər gün ölür”.

Açar sözlər:

Oxunub: 2152