Nəqliyyatçıların orta aylıq maaşı artıb


15:08     16 May 2015 neqliyyatcilarin%20maasi.jpg

Cari ilin birinci rübündə Azərbaycanda nəqliyyat müəssisələrində işləyən 70,3 min muzdlu işçinin 70,3 faizi dövlət müəssisələrində, 29,7 faizi özəl bölmədə çalışıb.


Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işçilərin 50,3 faizi yerüstü və boru kəməri, 9,9 faizi su, 17,6 faizi hava nəqliyyatı, 22,2 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 0,6 faiz artaraq 535,8 manat olmuş, bu göstərici dəniz nəqliyyatında 943,4 manat, hava nəqliyyatında 825,1 manat, metro nəqliyyatında 589,3 manat, avtomobil nəqliyyatında 299,9 manat, dəmir yolu nəqliyyatında isə 198,7 manat təşkil edib. Əmək haqqı dəniz nəqliyyatında 33,3 faiz, hava nəqliyyatında 5,4 faiz, boru nəqliyyatında isə 1,3 faiz artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,2 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,1 faiz artaraq 751,0 manat olub.

Açar sözlər:

Oxunub: 633


Oxşar xəbərlər