AB sosial şəbəkələrə nəzarəti gücləndirir
23:53 22 Oktyabr 2015
Avropa Birliyi Facebook, Google və Twitter kimi sosial şəbəkələrdə yazılan, yaxud paylaşılan düşmənçilik xarakterli statusları siləcək.
AzVision.az “Frankfurter Allgemeine Zeitung”-a istinadən bildirir ki, Avropa İttifaqının ədliyyə naziri sosial şəbəkələrdə təbliğ olunan nifrət dolu şüar və ya təhqirləri silməyi planlaşdırır. Təkcə silmək deyil, eyni zamanda, ksenofobiya mahiyyətli statusların müəlliflərinin hüquqi müstəviyə çəkilərək, yüksək məbləğdə cərimələnəcəyini də ədliyyə naziri diqqqətə çatdırıb.
AB-nin Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı Avropa Komissiyasına müraciət edərək, tez bir zamanda bu işin icrasına başlanılmasını istəyib.
Avropa Birliyinin hüquq üzrə komissarı Vera Yourova açıqlamasında bildirib ki, Facebook, Google+ və Twitter kimi social şəbəkələrə nəzarət prosedurunun icrasına qısa müddətdə başlamaq lazımdır.
Oxunub: 863
Oxşar xəbərlər
- Abel Məhərrəmova ağır itki - Qardaşı iş başında vəfat etdi
- ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru istefaya gedir
- Abşeronda silah satan keçmiş `zek` tutuldu
- Abşeronda piyadaları maşın vurub
- Abşeronda dəhşətli qəza: Maşın piyadanın beynini dağıtdı (18+)
- ABŞ-ın Pakistandakı səfiri XİN-ə çağırıldı
- ABŞ İrandakı etirazları dəstəkləyir
- ABŞ İŞİD-lə bağlı iddiaları rədd edib
- ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini bərpa etdi
- ABŞ BMT-yə meydan oxudu - Qüdsdə səfirlik açılacaq