Evində silah saxlayan Füzuli rayon sakini saxlanıldı


15:50     06 Fevral 2019 2019/02/51363-1549450064_1549453964.jpg

Füzuli sakinindən silah götürülüb.



DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun 5-ci Zobucuq qəsəbə sakini Sənan Mədətovun evindən qanunsuz saxladığı “TOZ-34” markalı ov tüfəngi aşkar edilərək götürülüb və onun barəsində protokol tərtib olunaraq baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 388