Azərbaycanda ilk dəfə dini turizm haqqında kitab nəşr edilib


16:09     06 Fevral 2019 2019/02/728139_1549455277.png

"Azərbaycanda dini turizm" adlı kitab nəşr edilib.



Femida.az xəbər verir ki, "Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2014-cü il tarixli, 892 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış vəsait hesabına Tərxan Paşazadənin müəllifi olduğu "Azərbaycanda dini turizm" adlı kitab nəşr edilib.

Bir neçə mövzudan ibarət olan kitab fəal istirahətin geniş yayılmış və ən kütləvi növü olan turizm haqqında ümumi məlumatla başlayır. Qeyd olunur ki, bütün dünyada olduğu kimi Azərbaycanda da son dövrlərdə turizmin müxtəlif növlərinin inkişafına xüsusi önəm verilir. Həmçinin bildirilir ki, hazırda turizmin ölkəmizə xas ola biləcək əsas növləri mədəni, biznes, sağlamlıq, ekoloji, istirahət, əyləncə, dağ, qış, xizək, çimərlik, idman, kənd, yaşıl, ov, tarix, dini turizmdir ki, bu kitabda oxucularlar sonuncu növ - dini turizmlə bağlı məlumatlar əldə edə bilərlər.

Müəllif Azərbaycanın dini turizm potensialı ilə bağlı ümumiləşdirilmiş formada oxucuları məlumatlandırmaqla, ölkəmizlə bağlı 2006-2017-ci illərdə qeydə alınmış rəsmi statistik göstəriciləri də təqdim edib. Kitabın ən maraqlı mövzularından biri kimi isə Azərbaycanlı zəvvarların xarici səfərləri mövzusunu qeyd edilə bilər.

Dini turizmlə bağlı Azərbaycan qanunvericiliyinə də diqqət çəkən müəllif son mövzuda müvafiq sahədə "daha nələr edilməlidir?" sualına cavab axtarıb.

Qeyd edək ki, kitabın müəllifi Tərxan Paşazadə 1982-ci ildə Sumqayıt şəhərində anadan olub. O, Bakı Slavyan Universitetini regionşünaslıq (bakalavr) və Sumqayıt Dövlət Universitetini (magistr) ixtisasları üzrə bitirib. 2007-ci ildən isə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı olub. 2006-cı ildən Vikipediya könüllüsü olan Tərxan Paşazadə 2009-cu ildən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işləyir, dövlət qulluğunun kiçik müşaviridir.

"Azərbaycanda dini turizm" kitabı müəllifin işıq üzü görən dördüncü kitabıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1321