“Könüllülər” prokurorluq orqanlarında....


19:30     06 Fevral 2019 2019/02/4C488A5D-BC72-4F7C-980C-2137841746BA_1549467139.jpeg

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılıb, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılıb.

Baş Prokurorluqdan Femida.az-a daxil olan məlumata görə, 2018-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarına 85, ümumilikdə isə 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 873 gənc hüquqşünas hazırda prokurorluğun kadr korpusunun 67 faizini təşkil etməklə, onlardan bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən 21 nəfəri ilk dəfə olaraq müstəqil rayon, şəhər və ərazi hərbi prokuroru vəzifələrinə təyin ediliblər.

Son dövrlər Azərbaycan gənclərinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində aparılan islahatların prokurorluqda da davamlılığının təmin olunması məqsədilə Baş prokuror tərəfindən 6 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimat təsdiq edilib. Həmin təlimata əsasən hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün prokurorluq orqanlarının fəaliyyətinə ictimai köməkçi qismində könüllü olaraq cəlb edilmələri nəzərdə tutulub.

Müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində bakalavriat (ikinci kursu bitirmiş), habelə magistratura səviyyələrində təhsil alan tələbə gənclər ictimai köməkçi qismində fəaliyyətlə əlaqədar 437-28-56, 492-06-82, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə Kadrlar idarəsinə müraciət edə və Baş Prokurorluğun internet saytından (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) əlavə məlumat ala bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 311


Oxşar xəbərlər