İcra Hakimiyyəti: Şamaxıda zəlzələdən dağılan evlərin sayı daha çox ola bilər
20:02 06 Fevral 2019
Şamaxı şəhərində baş verən zəlzələ nəticəsində rayon ərazisində dağıntıların qeydə alındığı evlərin sayı artıb.
Femida.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova deyib.
Onun sözlərinə görə, hazırda həmin ərazilərdə araşdırmalar davam edir: "İcra başçısı və rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri hələ də ərazilərdədir. İlkin məlumata görə, Şamaxının kəndlərində 25, rayon mərkəzində isə 17 evdə dağıntılar baş verdiyi deyilsə də, uçulan evlərin sayının daha çox olması ehtimal edilir. Çünki hələ də İcra Hakimiyyətinə gəlib evlərində dağıntıların olduğunu deyənlər var. Həmin şəxslərin mənzilləri qeydiyyata alınır və baxış keçirilir. Hələlik zəlzələdən zərər çəkən evlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur".
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib.
Femida.az
Oxunub: 419
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"