“Son 3 mərtəbə qanunsuz tikilib” - İstanbulda uçan bina ilə bağlı açıqlama


21:25     06 Fevral 2019 19_02_06_1549473633.jpg

İstanbul valisi Əli Yerlikaya uçan bina ilə bağlı gözlənilməz açıqlama verib.

Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1992-ci ildə inşa edilən 5 mərtəbəli binaya sonradan qanunsuz yolla 3 mərtəbə artırılıb.

“Binada 14 mənzil və 43 vətəndaş qeydiyyatdadır. Ancaq aldığım məlumata görə, 8 mərtəbəli binanın sonuncu 3 mərtəbəsi sonradan qanunsuz yolla əlavə tikilib”, - deyə vali bildirib.

O, uçqunun hansı səbəbdən baş verməsi, ölən və yaralananlar barədə dəqiq sayla bağlı məlumatı dəqiqləşmədən sonra açıqlayacaqlarını deyib. Ehtimal olunur ki, dağıntılar altında 43 nəfər qalıb.

Xatırladaq ki, bu gün İstanbulda 8 mərtəbəli binanın uçması nəticəsində 1 nəfər ölüb. Daha bir nəfər isə axşam saatlarına doğru uçqun altından sağ çıxarılıb.

Açar sözlər:

Oxunub: 570