Azərbaycanlı hərbçi xəstəxanalıq oldu - Müəmmalı insident


09:50     07 Fevral 2019 2019/02/728265_1549518704.jpg


Gürcüstanın Krtsanisi təlim mərkəzində insident baş verib. İnsident nəticəsində 20 yaşlı azərbaycanlı çağırışçı Elcan Əfəndiyev "Rustavi" klinikasına yerləşdirilib.


Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın "Birinci kanal"ı məlumat yayıb.

Müdafiə Nazirliyindən kanala bildirilib ki, emosional fonda yaranmış sözlü mübahisə zamanı çağırışçılardan birinin səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Nazirlik hərbçinin zədə almadığını və yaxın vaxtlarda tibb müəssisəsindən buraxılacağını açıqlayıb.

"Rustavi" klinikasının növbətçi həkimi Tamar İakobidze isə kanala açıqlamasında bildirib ki, E.Əfəndiyev müalicəsini hərbi hosbitalda davam etdirəcək. Onun sözlərinə görə, hərbçi özü başından travma aldığını desə də, kompüter tomoqrafiyası hər hansı zədə aşkarlamayıb.

Elcanın atası Elbrus Əfəndiyev isə oğlunun hərbi bazada döyüldüyünü və klinikaya huşsuz vəziyyətdə çatdırıldığını bildirib.

Açar sözlər:

Oxunub: 401