Aeroport yolunda qəza - Tıxac yarandı


10:20     07 Fevral 2019 tixac.jpg

Bakıda səhər saatlarında aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın Trend-də istinadən verdiyi məlumata görə, iki "Mercedes" və bir "Volkswagen" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

Hadisədə xəsarət alanlar olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Qəza yerinə Yol Patrul xidmətinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunublar.

Qeyd edək ki, qəza yolda qısamüddətli tıxaca səbəb olub.

Femida.az

Açar sözlər:

Oxunub: 386