Azərbaycanlı uşaqlar Çavuşoğlunu şeirlə qarşıladı - VİDEO
11:12 07 Fevral 2019
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ABŞ-a səfəri çərçivəsində bu ölkədə təhsil alan Azərbaycan və Türkiyə tələbələri ilə görüşüb.
Nazir ABŞ-da təhsil alan Türk və azərbaycanlı tələbələrlə Azərbaycanın Vaşinqtondakı iqamətgahında bir araya gəlib. Görüşdə daha diqqət çəkən məqam isə, Çavuşoğlunu azərbaycanlı azyaşlı uşaqların qarşılaması olub. Belə ki, nazir avtomobilindən düşüb, səfirliyin binbasına daxil olarkən uşaqların ona dediyi sözlər naziri kövrəldib.
Uşaqlardan biri "Cənab nazir səfirliyimizin binasında ailəmizin bir üzvü kimi sizi qarşılamağa çox sevinirik. Xoş gəlmisiz" deyib. Nazir isə azərbaycan dilində "Xoş gördük..." deyə cavab verib. Daha bir uşaq isə nazirə Azərbaycan Türkiyə şeirini deyib: "Bir millətik iki dövlət, eyni arzu, eyni niyyət, Hər ikisi cumhuriyyət, Azərbaycan, Türkiyə".
Femida.az
Oxunub: 667
Oxşar xəbərlər
- Azərbaycanlı aktyor belə öldürüldü - DƏHŞƏTLİ VİDEO YAYILDI
- Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - FOTO
- Azərbaycanlı gənc Rusiyada partlayışda ölüb
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Azərbaycanlı məşqçi koronavirusdan vəfat edib