Evli adamlar daha sağlam olur


12:05     07 Fevral 2019 2019/02/family-03-(1)_1549527079.jpg

Alimlərin iddiasına görə evli insanlar subaylara nisbətən daha sağlam olurlar.



Femida.az xəbər verir ki, bu barədə Karnegi-Mellon universitetinin psixoloqları qənaətə gəlirlər. Onların fikrincə evli insanlarda subay və boşanmışlara nisbətən kortizol stress hormonunun səviyyəsi aşağı olur.

Tədqiqatçılar 3 gün ərzində 24 saat 21-55 yaş arası 572 nəfər könüllünün ağız suyu nümunələri götürüblər. Nikahda olan iştirakçıların kortizol səviyyəsi digərlərinə nisbətən az olub. Bundan başqa, alimlər könüllülərin sutkalıq kortizol səviyyəsinin enib-qalxmasını da müşahidə ediblər. Adətən kortizol əsasən səhər saatlarında yüksək səviyyədə olur. Gün ərzində isə aşağı düşür. Evli könüllülərin kortizol səviyyəsi digərlərinə nisbətən daha tez aşağı düşür. Bu isə ürək-damar xəstəlikləri riskinin azalması və xərçəng xəstələrinin ömrünün uzanması mənasına gəlir.

Kortizolun səviyyəsinin artması stress səbəbindən meydana gəlir. Müəyyən müddət keçdikdən sonra bu, müxtəlif fəsadlara səbəb ola bilər. Məsələn, sinir xəstəliyi, beyin hüceyrələrinin xərçəngi və s.

Femida.az

Açar sözlər:

Oxunub: 476