Azərbaycanda yeni ixtiraların tanınması ilə bağlı nöqsanlar olub
12:55 07 Fevral 2019
Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun sədrliyi ilə agentlikdə geniş tərkibli iclas keçirilib.
Bu barədə Femida.az-a agentlikdən məlumat verilib.
Toplantıda ləğv edilən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyindəki Patent və Əmtəə Nişanları Mərkəzinə 2016-cı ildən 2018-ci il avqustun 1-dək (Əqli Mülkiyyət Agentliyinin fəaliyyətə başlamasından əvvəl olan dövr) daxil olan ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərə dair iddia sənədlərinin ekspertizası ilə bağlı qanunvericiliklə müəyyən edilən prosedurların icra vəziyyəti geniş müzakirə edilib, agentliyin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə 2016-2018-ci illərdə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərə dair iddia sənədlərinin ekspertizası sahəsində qanunvericiliklə müəyyən edilən prosedurların icra vəziyyətinin yoxlanılması üzrə yaradılmış komissiyanın hesabatı dinlənilib.
Komissiyanın məlumatında bildirilib ki, 2018-ci il avqustun 1-dək Patent və Əmtəə Nişanları Mərkəzinə ixtiralar üzrə 532, faydalı modellər üzrə 96, sənaye nümunələri üzrə 120, əmtəə nişanları üzrə 5398, coğrafi göstəricilər üzrə isə 32 idda iddia sənədi daxil olub. İddia sənədlərinin icra vəziyyətinin təhlili zamanı sənaye mülkiyyətinin ayrı-ayrı növlərinin qeydiyyata alınması ilə bağlı daxil olan iddia sənədlərinin bir hissəsinin icrasının vaxtında başa çatdırılmadığı, o cümlədən iddia sənədlərinin dərcində ləngimələrə yol verildiyi müəyyən edilib. Komissiyanın rəyinə görə, yol verilən nöqsanların səbəbləri icraya zəif nəzarət və iş bölgüsünün düzgün aparılmamasıdır.
İclasda qeyd edilən müddətdə iddia sənədlərinin ekspertizasına dair məlumatların “Sənaye mülkiyyəti” bülletenində dərci sahəsində görülən işlər, o cümlədən sənədlərin icrası prosesindəki ləngimələrin səbəbləri müzakirə edilib.
Toplantının sonunda agentliyin İdarə Heyətinin sədri icraya nəzarətin gücləndirilməsi, vətəndaşlara xidmət keyfiyyətinin artırılması, işlərin sürətləndirilməsi üzrə konkret tapşırıqlar verib, araşdırmalar tam başa çatdıqdan sonra nəticələrdən asılı olaraq əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin tətbiq olunacağını xüsusi vurğulayıb.
Femida.az
Oxunub: 400
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib