Xızıda qəza: Hadisə yerində öldü


13:31     07 Fevral 2019 piyada2.jpg

Fevralın 6-da saat 16 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində T.Cümşüdov idarə etdiyi “BMW” markalı avtomobillə yolun kənarı ilə gedən Yardımlı rayon sakini C.Nəcəfovu vurub.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 337