Azərbaycanda qadın müğənni yol qəzasında öldü - FOTOLAR

Azərbaycanda qadın müğənni yol qəzasında öldü - FOTOLAR


13:43     07 Fevral 2019 2019/02/15463968-5d5a-45e1-ba1f-145b3a9b3e09_1549532722.jpg

Qax rayonunda yol qəzası baş verib.


Femida.az -ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

Faktla bağlı araşdırma aparılır.






Femida.az


Açar sözlər:

Oxunub: 1862