"Türkiyə və Azərbaycan vahid dövlət mövqeyindən çıxış edir" - Çavuşoğlu


13:50     07 Fevral 2019 cavusoglusabrimiz-so-0dc23f43dd70e3830bf1.jpg


Türkiyənin olmadığı yerdə Ankaranı Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı təmsil edir.

Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu Vaşinqtonda azərbaycanlı və türkiyəli tələbələrlə görüşü zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bir millət, iki dövlət olaraq Türkiyə və Azərbaycan çox vaxt eyni mövqedən çıxış edir.

M.Çavuşoğlu qeyd edib ki, Türkiyə ilə Azərbaycanın münasibətləri ən yüksək səviyyədədir və bu əməkdaşlıq regionun rifahına yönəlib:

"Bu gün Türkiyə və Azərbaycan TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu kimi bir sıra vacib layihəni reallaşdırır".

Türkiyə, İran və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatını şərh edən nazir deyib ki, bu format Cənubi Qafqazda sabitliyin təmin olunması üçün çox vacibdir.

Femida.az

Açar sözlər:

Oxunub: 284