Bakıda yeniyetmə maşın oğurlayıb


14:11     07 Fevral 2019 masin%20ogurluq.jpg

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 15-də M.Bəkirovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılıb.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində 2 evdən pul və mobil telefon oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 306