Köhnə əməlindən nəticə çıxarmadı - Yenidən tutuldular


14:35     07 Fevral 2019 terro12r%20hebs.jpg

Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən ötən il oktyabrın 26-da rayon ərazisində bir avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunan İ.Əlizadə saxlanılıb.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Nizami RPİ 25-ci PŞ-nin əməkdaşları tərəfindən yanvarın 23-də paytaxt sakini R.İbişovun 450 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Abbasov saxlanılıb.

Bundan başqa Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 27-də rayon ərazisindəki köşklərin birindən 665 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş F.Rəhimov saxlanılıb.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə yanvarın 23-də rayon ərazisindəki mağazaların birindən 647 manat oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ağayev saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 415