Azərbaycanda balıq ovunun həcmi artıb


15:57     07 Fevral 2019 baliq.jpg

Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2018-ci ildə 194 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1707,1 ton kvotaya qarşı 1614,1 ton və ya 2017-ci illə müqayisədə 67,3% çox balıq ovlanıb.



Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, ovlanmış balığın 1 072,9 tonu kilkə, 112,4 tonu kütüm, 85,4 tonu kefal, 82,3 tonu siyənək, 69,4 tonu külmə, 54,7 tonu çapaq, 48,2 tonu çəki, 30,7 tonu dabanbalığı, 21,2 tonu sıf, 13,6 tonu şamayı, 5,0 tonu naxa, 3,1 tonu xəşəm, 15,2 tonu digər balıq növlərinin payına düşüb.

Ötən il balıqçılar tərəfindən kvota üçün 84,8 min manat ödənilib.

Açar sözlər:

Oxunub: 408