Miqrasiya könüllüsü olmaq istəyən gənclərin nəzərinə!


16:26     07 Fevral 2019 19_02_07_1549542479.jpg


Dövlət Miqrasiya Xidməti gənclərlə təmaslarını artırmaq, könüllü əhatəsini genişləndirərək onları bu sahə ilə daha yaxından tanış etmək, dövlət idarəetməsi üzrə məlumatlandırmaq, bununla şəxsi inkişafları, gələcək karyera imkanları üçün onları Xidmətin fəaliyyətinə cəlb etmək, miqrasiya məktəbi çərçivəsində həyata keçirdiyi tədbirlərin əhatəsinin genişləndirilmək və bütövlükdə könüllülərlə sistemli əməkdaşlıq qurmaq məqsədilə bütün enerjili, bacarıqlı, vətənpərvər, yaradıcı və təşəbbüskar gəncləri “Miqrasiya könüllüsü” layihəsinə dəvət edir.


Femida.az-a verilən məlumata görə, Dövlət Miqrasiya Ximdəti komandasının üzvü olaraq Siz:

· Dövlət Miqrasiya Xidmətində təcrübə qazanacaq;

· Əcnəbi vətəndaşlarla sıx ünsiyyətdə olacaq;

· Miqrasiya proseslərini yaxından izləyəcək və iştirak edəcək;

· Gələcək karyera üçün biliklər əldə edəcək;

· Beynəlxalq tədbirlərdə iştirak etmək imkanı qazanacaq;

· Beynəlxalq təşkilatların fəaliyyəti ilə tanış olacaq, bu prosesdə iştirak imkanı qazanacaq;

· Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə təcrübə toplayacaq;

· Yerli və xarici gənclərdən ibarət enerjili komandanın üzvü olacaq;

və yeni dostlar qazanacaqsınız.

Miqrasiya Könüllülərinin komandasına qoşulmaq istəyən gənclər CV-ni [email protected] email ünvanına göndərə bilərlər.

Ətraflı məlumat almaq üçün (012) 562-53-01 nömrəsinə zəng vura bilərsiniz.

Femida.az

Açar sözlər: #Miqrasiya   #könüllü  

Oxunub: 439