İrəvanda daha bir etiraz aksiyası: “Paşinyan hakimiyyəti hədiyyə alıb” (VİDEO)


18:25     07 Fevral 2019 19_02_07_1549545153.jpg


“Müəllim, hərbçi, dövlət qulluqçusu öz ailələrini saxlamağa yetəri qədər əmək haqqı almır, çətin vəziyyət ucbatından gedib taksi sürücüsü işləyirlər, 99% bu belədir”.

Femida.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan hökumət binası qarşısında baş tutan etiraz aksiyasında nümayişçilər qeyd ediblər.

“Həmin Nikol Paşinyan özü demişdi ki, may ayında keçiriləcək seçkilərədək hamı üçün bərabər şərait yaradılacaq. Bununla da xalqı eyforiya içinə salaraq, səs topladı. Nikol Paşinyan inqilab etməyib, hakimiyyəti hədiyyə alıb. Serj Sarkisyan hakimiyyəti sinidə Nikol Paşinyana hədiyyə verib. Sən, Nikol Paşinyan, Levon Ter Petrosyanın etdiklərini, təkrar edirsən”, - deyə etiraz aksiyasının iştirakçısı Viqen Davtyan qeyd edib.



Onun fikrincə, İrəvanın nəqliyyat yükü, taksilərin say çoxluğu, yaranan problemlər səriştəsiz idaretmənin nəticəsidir. Taksi sürücüləri qeyri-bərabər iş şəraitinə və ümumiyyətlə işsizliyə görə hökuməti, Nikol Paşinyanı tənqid edib, indiki hakimiyyətin əvvəlkilərdən heç bir fərqi olmadığı, əhalinin güzaranı üçün heç bir əməli tədbir görülmədiyini xatırladıblar.



Femida.az

Açar sözlər: Paşinyan   Ermənistan  

Oxunub: 470