Ötən il 31 polis xidmətdən xaric edilib


09:27     08 Fevral 2019 azerbaycan_polisi_120914.jpg

İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun əsas təminatçılarından olan, sabitliyin qorunub saxlanılmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında müstəsna rolu olan daxili işlər orqanlarının fəaliyyəti nəticəsində bu gün vətəndaşlar tam rahat və əmin-amanlıq şəraitində yaşayırlar. Məhz bu orqanların qətiyyəti sayəsində ölkədə xaos, anarxiya yaratmaq istəyən pozucu qüvvələrin qarşısına güclü sipər çəkilib.

Femida.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məqaləasində bildirib.

Məqalədə vurğulanıb ki, Daxili İşlər Nazirliyində vətəndaşların müraciətlərinə baxılması müntəzəm olaraq nəzarətdə saxlanılır.

Keçən il nazirliyə daxil olan müraciətlərin 31,8 faizi müsbət, 2,7 faizi qismən həll edilib, qalanları barədə isə müvafiq tədbirlər görülüb, bu işdə nöqsanlara yol verdiklərinə görə 467 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb, o cümlədən 31 nəfər xidmətdən xaric edilib, bütövlükdə isə polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayətlər 11 faiz azalıb.

"Əbəs deyil ki, Azərbaycan ötən il MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi tanınmış, cinayətlərin, o cümlədən mülkiyyət əleyhinə olan dələduzluqların, xuliqanlıq və digər cinayətlərin açılması yaxşılaşmış, vətəndaşlara dəyən maddi ziyanın ödətdirilməsi faizi artıb, yol-nəqliyyat hadisələrində ölənlərin sayı 3,7 faiz, xəsarət alanların sayı 0,5 faiz azalıb, “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları vasitəsilə 3300-dən çox cinayət işi açılıb, 10 minə yaxın hüquqazidd əməlin qarşısı alınıb.

Buna baxmayaraq, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər az deyildir. Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı və sair məsələlərlə bağlıdır. Qeyd etməliyik ki, polisin fəaliyyəti ilə bağlı müraciətlərin 27 faizi ayrı-ayrı şəxslərin yol verdiyi dələduzluq faktlarının araşdırılması barədədir. Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan müraciətlərin sayı Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Yasamal rayonlarından, Şirvan, Cəlilabad, Goranboy, Göyçay, Göygöl, İsmayıllı, Qazax, Neftçala, Saatlı, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan nisbətən çox olub".

Femida.az

Açar sözlər:

Oxunub: 354