Rusiyalı boksçu güllələndi


09:36     08 Fevral 2019 2019/02/728649_1549604767.jpg

Rusiyalı boksçu, beynəlxalq yarışların qalibi olmuş Aleksandr Kostromin Belqorodda öldürülüb.



Femida.az xəbər verir ki, bu barədə report Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Kostromin odlu silahdan açılan atəşlə qətlə yetirilib. Onun cəsədi yaşadığı evin yanında aşkarlanıb.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Daha əvvəl Suriyada İŞİD terror təşkilatının tərkibində döyüşən rusiyalı boksçu Vyaçeslav Lapşin öldürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 420