Şübhəli bilinən 40 nəfər saxlanılıb - DİN MƏLUMAT YAYDI


10:53     08 Fevral 2019 terror%20hebs.jpg

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 26 cinayətin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 265