Sevgilisinin evin yandırdı, sonra oynadı


02:18     23 Oktyabr 2015 su5678.jpg

ABŞ-ın İndiana ştatının sakini öz sevgilisinin maşınını əzəndən sonra onun evinə ud vurub və yanan evin damına çıxaraq orada oynamağa başlayıb.


Bu barədə Femida.az`The Daily Mail`-a istinadən xəbər verir.

Hadisə ilə bağlı görüntülər RTV 6 telekanalının jurnalistləri tərəfindən lentə alınıb.

Nəşr yazır ki, Metyu Rass qadının avtomobilinin açarlarını oğurlayıb, daha sonra onun maşını dirəyə çırpıb. Qadının evinin həyətində oturan Metyu əlində bıçaq tutaraq polisin gəlməyini gözləyib. Polislər hadisə yerinə gələn zaman cavan oğlan evə daxil olaraq onu içəridən yandırıb. Daha sonra o, evin damına çıxaraq orada oynamağa başlayıb.

Videodan görünür ki, rəqs zamanı cavan oğlan özünü pis hiss etməyə başlayıb. Onu evin damından düşürdərək, təcili tibbi yardım maşınında xəstəxanaya aparıblar.

Ev praktiki olaraq tamamilə yanıb.

Açar sözlər:

Oxunub: 1163