Azyaşlılara siqaret satan cərimələnib


13:10     08 Fevral 2019 2019/02/azyasli-siqaret_1549617446.jpg

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 7-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 1 mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub. ​Bu istiqamətdə reydlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 549