Göyçay-Ucar yolunda hərəkət qismən məhdudlaşdırılıb


14:40     08 Fevral 2019 2019/02/ayda_1549622742.jpg

8 fevral tarixindən etibarən Göyçay-Ucar avtomobil yolunun Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna birləşən hissəsində təmir işləri həyata keçirilir.


Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti Göyçay-Ucar yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılıb.

Qeyd edək ki,minik avtomobillərinin həmin yoldan istfadə etmələri ilə bağlı heç bir maneə yoxdu.Lakin yük avtomobilləri alternativ olaraq Göyçay-Bərgüşad və Göyçay Ağdaş avtomobil yollarından istifadə edə bilərlər.

Sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Açar sözlər:

Oxunub: 339


Oxşar xəbərlər