Ermənistan “bankrot ölkə” statusu alacaq
18:46 08 Fevral 2019
“Mərkəzi Bankın Ermənistanda makroiqtisadi vəziyyətin sabit olduğuna dair əhalini arxayın etməsinə baxmayaraq, ötən gün biz milli valyutamız dramın növbəti devalvasiyasının şahidi olduq”
Azvision.az xəbər verir ki, bunu Ermənistanın nüfuzlu “Jamanak” qəzeti ölkənin bank sistemindəki etibarlı mənbəsinə istinadən yazıb.
“Mənbəmiz bildirdi ki, Mərkəzi Bank hətta tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək, repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir edirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə instrumentinin tətbiqi imkanları da xeyli məhdudlaşıb”,– məlumatda qeyd olunub
Həmçinin vurğulanıb ki, bu gün baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkilərindən sonra formalaşan yeni hökumət proqramını parlamentə təqdim edərkən səsləndirdiyi “bu gündən etibarən Ermənistanda iqtisadi inqilab dövrünün başlandığını elan edirik” bəyanatı ölkənin mövcud valyuta ehtiyatları və hazırkı inkişaf reallıqları ilə tərs mütənasibdir. Çünki “investisiya və bir sıra digər problemlərlə üzləşən Ermənistanda iqtisadiyyatın bütün sahələrində geriləmə, bank sektorunda ciddi valyuta çatışmazlığı və dövlət borcunun durmadan artması uzun illərdir ekspertlərin Ermənistanın bankrot ölkəyə çevriləcəyilə bağlı verdikləri proqnozun reallaşacağı günü daha da yaxınlaşdırır”.
Oxunub: 420
Oxşar xəbərlər
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi