Un və ət bahalaşıb - Statistika
17:40 08 Fevral 2019
2019-cu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 1,7 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Femida.az -a verilən məlumata görə, cari ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb.
Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun və mal ətinin, suda bişmiş kolbasanın, balıq məhsullarının, süd məhsullarının, kərə və bitki yağlarının, limonun, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, energetik içkilərin, spirtli içkilərin qiymətlərində bahalaşma, toyuq ətinin, yumurtanın, hisə verilən, yarım hisə verilmiş kolbasaların, portağalın, şabalıdın, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, minik avtomobilləri və onların ehtiyat hissələrinin, velosipedlərin, paltaryuyan maşınların, soyuducuların, televizorların, planşet tipli kompüterlərin, dəftərxana ləvazimatlarının, kərpicin, nitro və sulu boyaların qiymətlərində bahalaşma, kəsilmiş taxtanın, sementin, yağlı boyaların, mobil telefon və qaz plitələrinin qiymətlərində isə ucuzlaşma müşahidə olunun. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Cari ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən avtomobillərin təmiri, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ölkə daxilində istirahət turlarının qiymətləri bahalaşmış, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oxunub: 557
Oxşar xəbərlər
- Universitet müəllimi qiymət qarşılığında qızları soyundurub? - ÖZÜ DANIŞDI
- Ünvanlı dövlət sosial yardımın məbləği artdı (RƏSMİ)
- Ünvanlı sosial yardımlar bu tarixdə ödəniləcək
- Un istehsalçılarına subsidiya veriləcək - QAYDALAR
- UNEC-in dosenti vəfat edib
- UNEC-ə yeni prorektorlar təyin edilib
- Universitetlərə qeydiyyat bu gün başa çatır
- Ünvanlı sosial yardım iyulun 17-də ödəniləcək
- Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb
- Ünvanlı dövlət sosial yardımının məbləği artıb