Bakıda arvadını öldürməyə cəhd edən kişinin məhkəməsi başladı


20:18     08 Fevral 2019 2019/02/59B820AE-6A66-4F53-AA2A-EBA8B592BA3B_1549642964.jpeg

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ceyhun Bəşirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Femida.az Trend-ə istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib.

İttihama görə, C.Bəşirov münaqişə zəminində həyat yoldaşı Səidə Bəşirovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan C.Bəşirovun barəsində 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 343