Masallıda gəmiricilər taxıl sahələrini basıb


20:27     08 Fevral 2019 2019/02/FC7BD529-12BA-446A-B1DA-5C940D3A669E_1549643381.jpeg

Masallı rayonundakı taxıl sahələrində siçanabənzər gəmiricilərin artması əkin sahələrinə ciddi ziyan vurub.

Femida.az report-a istinadən xəbər verir ki, zərərvericilər əsasən taxılın gövdəsini yeyir, kökünü zədələyir.

Taxıl sahələrinə dəyən ziyanın qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Masalı Rayon Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları dərmanlama işlərinə başlayıb. Təkcə yanvar ayında Qızılağac, Viləş, Həsəni və Çağırlı kəndləri üzrə 1 000 hektar ərazidə zərərvericilərin yuvalarına dərman qoyulub. Gəmiricilərin sürətlə çoxalmasına havaların qış fəslinə xarakterik olmayan şəkildə quraq keçməsi göstərilir.

Qeyd edək ki, həyata keçirilən kimyəvi mübarizə tədbirləri ilə əlaqədar fermerlər və digər fiziki şəxslər təlimatlandırılır, onlara təhlükəsizliklə əlaqədar xüsusi bukletlər paylanılır, kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik tədbirlərinə ciddi əməl edilməsi diqqət mərkəzində saxlanılır.

Hazırda taxıl əkinlərində monitorinq qrupu müşahidələri davam etdirir. Qar yağmazsa, bu monitorinqlər martın 15-nə kimi davam etdrililəcək.

Qeyd edək ki, bu il Masallıda 12 400 hektar ərazidə taxıl əkilib.

Femida.az

Açar sözlər:

Oxunub: 604