Məktəbə maskalı hücum: Ölən var


04:37     23 Oktyabr 2015 c03a51629248.jpg

İsveçdə qılıncla silahlanmış maskalı şəxs məktəbə soxularaq 1 nəfəri öldürüb və daha 4 nəfəri isə yaralayıb.


Femida.az-ın məlumatına görə, ölənin kimliyi barədə məlumat olmasa da yaralılardan 4 nəfərin uşaq olduğu bildirilir.

Yaralananların birinin müəllim, dördünün isə şagird olduğu bildirilir. Son məlumata görə, yaralı müəllim xəstəxanada keçinib. İki şagird əməliyyat olunub. Hadisə yerinə gələn polis hücum edəni güllələyib. İnsident oktyabrın 22-si səhər saatlarında “Kronan” məktəbində baş verib. Polis cinayətkarı həbs edərkən atəş açmağa məcbur olub. Onun səhhəti barədə məlumat verilmir.

Bu məktəb böyüklüyünə görə ikinci olan Hoteburq şəhərinin yaxınlğında yerləşir. Yaralılar xəstəxanaya çatdırılıb və onların yeniyetmə olduqları bildirilir. Həmin məktəbdə 400 uşaq oxuyur. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1044