Gürcüstanda daha bir nəfər “donuz qripi”ndən öldü


09:29     09 Fevral 2019 2019/02/09-28-37-qrip_1549690223.jpg


Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 72 yaşlı kişi qrip virusundan ölüb.

Femida.az gürcü KİV-nə istinadən xəbər verir ki, yüksək risk qrupuna daxil olan şəxs xəstəxanada müalicə alıb.

Pasiyentdə xroniki xəstəliklər qeydə alınıb. Onun “donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.

Qeyd edək ki, ölkədə A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub.

Açar sözlər:

Oxunub: 413