“Bakubus”un avtobusu 3 piyadanı vurub - BNA səbəbi açıqladı


12:08     09 Fevral 2019 19_02_09_1549699758.jpg

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda "Bakubus" avtobuslarının 3 piyadanı vurması ilə nəticələnən qəza barədə məlumat yayıb.


BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Femida.az -a bildirib ki, hər iki hadisə ötən gün baş verib. Onun sözlərinə görə, qəza ilə bağlı məlumat daxil olan kimi BNA tərəfindən araşdırma başlayıb.
"3 nömrəli avtobusla bağlı ilkin araşdırma zamanı müəyyən edilib ki, piyada yolu müəyyən olunmayan yerdən keçərkən avtobusun arxa hissəsinə dəyib. 6 nömrəli avtobusun iştirakı ilə olan qəza zamanı da hər iki piyada yolu piyadalar üçün müəyyən olunmayan yerdən keçməyə cəhd edərkən baş verib. Hadisə avtobus yol kəsişməsində dönərkən olub".

M.Ağayev qeyd edib ki, hər iki faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır və dəqiq səbəblər bundan sonra məlum olacaq.

Açar sözlər:

Oxunub: 529