Qonaq ev sahibinin pullarını apardı - Bakıda


13:00     09 Fevral 2019 polis00.jpg

Fevralın 8-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə
xidməti ərazidəki evlərin birindən oğurluq edilməsi ilə bağlı müraciət daxil
olub.


DİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, zərərçəkənM.Abdullayev evindən 6650 manat və 1400 ABŞ dollar pul oğurlandığını bildirib. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Oğurluğu etməkdə şübhəli bilinən şəxsin elə ev sahibinin qonağı, Bakı şəhər sakini V.Əliyev olması müəyyən edilib və o saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 327