Polis rəisinin iştirakı ilə tədbir keçirildi - FOTOLAR


13:03     09 Fevral 2019 2019/02/PHOTO-2019-02-07-18-22-21-(4)_1549703146.jpg

Femida.az xəbər verir ki, 04.02.2019-cu il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 181 saylı tam orta məktəbin, 05.02.2019-cu il tarixdə Binə qəsəbəsi 121 saylı tam orta məktəbin və 07.02.2019-cu il tarixdə Buzovna qəsəbəsi 8 saylı Sanatoriya tipli internat məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə Xəzər RPİ-nin rəhbərliyi tərəfindən təşkil olunmuş “ Narkomaniya ümümbəşəri bəladır ” və " Yol hərəkəti qaydalarına riayət edək " mövzusunda növbəti geniş profilaktiki və maarifləndirici tədbir keçirilib.




Həmin tədbirdə Xəzər Rayon Polis idarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev çıxışında yetkinlik yaşına çatmayanlar arasında hüquqa zidd əməllərin, digər zərərli vərdişlərin sosial bəlaya gətirib çıxartdığını və həmçinin məktəbli uşaq və yeniyetmələrin yol hərəkəti qaydalarına riayət etməsi, onlarda küçə və yollarda təhlükəsiz davranışın təbliğ edilməsi və bu tip maarifləndirici tədbirlərin yeniyetmələrin təlim tərbiyəsində xüsusi əhəmiyyəti oldugunu qeyd etmişdir.



Daha sonra Xəzər RPİ-nin YYÇPİTB-nin əməkdaşları polis baş leytenantı Xəyalə Həsənova və polis leytenantı Aysel Abdullazadə çıxış edərək narkotik vasitələrin orqanizmə vurduğu fəsadlardan danışmış, uşaqların vətənimizə, dövlətimizə sadiq olmağı, ölkəmizin milli qəhrəmanlarını nümunə göstərməklə vətənpərvərlik ruhunda böyümələrini gənclərimizə tövsiyyə etmişlər.

Xəzər RPİ tərəfindən rayon ərazisində bu mövzuda mütəmadi olaraq belə tədbirlər keçirilməkdədir.




Açar sözlər: #Xəzər_rayon_Polis_İdarəsi   #Polis_rəisi  

Oxunub: 1415


Oxşar xəbərlər