Səudiyyə koalisiyası Yəmənə aviazərbələr endirdi


13:23     09 Fevral 2019 2019/02/1549698474_1549704475.jpg

Səudiyyə Ərəbistanına məxsus hərbi koalisiya bu gün səhər saatlarında paytaxt Sana şəhərinə aviazərbələr endirib. Yəmən ordusu mülki vətəndaşlara aviazərbələrdən qorunmaq üçün sığınacaqlara yerləşmələri barədə xəbərdarlıq edib.

Səudiyyə Ərəbistanı və müttəfiqləri aviazərbələri Yəmən ordusunun raket kompleksləri və PUA-ları istehsal etdiyi ərazilərə endirdiyini iddia edib. Yəmən televiziyası aviazərbələrin Sana şəhərinin 3 rayonuna endirildiyini qeyd edib. Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 463