Nazir müavini zəlzələ zonasında
16:23 09 Fevral 2019
Ötən gün fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Nazirliyin müvafiq strukturlarının rəhbər şəxsləri zəlzələnin baş verdiyi Şamaxı rayonunda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin gedişi ilə tanış olmaq məqsədilə bölgəyə səfər ediblər.
Femida.az FHN-in saytına istinadən xəbər verir ki, nazir müavini və aidiyyəti qurum rəhbərləri zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olduqdan sonra yerli sakinlərlə söhbət aparıblar.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi və aidiyyəti dövlət qurumları müvafiq işlər görür və bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirir.
Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin qüvvə və texnikası təbii fəlakət zonasında zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində fasiləsiz olaraq çalışırlar.
Femida.az
Oxunub: 603
Oxşar xəbərlər
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib