DİN-in polkovniki vəfat etdi


17:00     09 Fevral 2019 dinnnn.jpg


Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini polis polkovniki Şükür Mehdiyev vəfat edib.


Ş.Mehdiyev müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.

DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Xatırladaq ki, Ş.Mehdiyev DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə 2015-ci ildə təyin edilmişdi. O, əvvəllər Şəmkir Rayon Polis İdarəsinin rəisi işləyib.

Femida.az

Açar sözlər: #DİN   #nazirlik   #idarə  

Oxunub: 1621