Azərbaycanda yığılacaq avtomobillər xaricə satılacaq
18:05 09 Fevral 2019
“Bu gün Hacıqabulda təməli qoyulan "QAZ" avtomobil istehsalı zavodunda yığılacaq avtomobillərin yarısı Azərbaycanın daxili bazarında satılacaq”.
Femida.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabulda "QAZ" avtomobil istehsalı zavodunun təməlqoyma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib: “Bu zavod Rusiya texnologiyalarına əsaslanacaq. Bura 8 mln. dollardan çox sərmayə qoyulacaq. Bir il yarıma (gələn ilin sonunadək) zavodun tikintisi başa çatacaq. İldə 1 000 avtomobil istehsal olunacaq. 100 yeni iş yeri açılacaq. Zavodda yığılacaq avtomobillərin yarısı Azərbaycanın daxili bazarında satılacaq, qalanı ixrac olunacaq”.
Nazir bildirib ki, Azərbaycan Rusiya əlaqələri çox uğurla inkişaf edir, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir: “Bu uğurların təməlində hər iki ölkə rəhbərlərinin siyasi iradəsi dayanır. Ölkələr arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Siyasi əlaqələr də yüksək səviyyədədir. Ölkələr strateji tərəfdaşlardır. Bütün sahələrdə uğurlar göz qabağındadır. Siyasi, enerji, nəqliyyat, sənayə, humanitar, təhsil, ticarət əlaqələri genişlənir. Ötən il ticarət dövriyyəsinin 20-%-dək artımı da buna sübutdur”.
Qeyd edək ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ Qrup) şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub.
2018-ci ilin aprel ayında “QAZ” markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, Rusiya tərəfi azərbaycanlı tərəfdaşlarını lazımi qədər maşın hissəsi ilə təmin edəcək və Hacıqabulda yığım həyata keçiriləcək. Söhbət yüngül kommersiya maşınları - "QAZel Next", "QAZel Biznes", eləcə də orta tonnajlı yük maşını - "QAZon next"dən gedir. Bundan başqa, təcili tibbi yardım və məktəb maşınları üçün avadanlıqların istehsalı da nəzərdə tutulur. İstehsal prosesində Azərbaycanda hazırlanmış komponentlərdən istifadə edilməsi də planlaşdırılır.
Femida.az
Oxunub: 413
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib