Ağsuda zəlzələ olub


21:15     09 Fevral 2019 zelze%20444.jpg

Pirqulu stansiyasından 8 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 20:35-də baş vermiş yeraltı təkanların gücü 2,9 bal təşkil edib. Zəlzələ 3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Femida.az

Açar sözlər:

Oxunub: 512