Xanım senator ABŞ prezidenti olmaq istəyir


12:48     10 Fevral 2019 19_02_10_1549788593.jpg

Amerikalı senator, demokrat Elizabet Uorren ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərində ölkənin rəhbəri postu uğrunda mübarizə aparacaq.

Femida.az azvision-a istinadən xəbər verir ki, Uorren artıq prezidentliyə namizədliyini irəli sürdüyünü rəsmən bəyan edib. Bildirib ki, hər kəsin xəyallarını gerçəkləşdirə biləcəyi Amerikanın konsolidasiyası uğrunda mübarizə aparmaq istəyir.

Qeydd edək ki, Elizabet Uorren 2018-ci ilin noyabrında Massaçusets ştatından senator seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 423