Almaniya sakini lotereyada milyonlar uddu


14:05     10 Fevral 2019 2019/02/4E0A2356-A750-4E53-A6E2-E30ECAE52A18_1549794042.jpeg

Almaniyanın Reynland-Pfals federal ərazisinin sakini "Eurojackpot" lotereyasında 63,2 milyon avro udub.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə lotereya şirkəti məlumat yayıb. Lakin qalibin kimliyi açıqlanmayıb.

Qeyd edək ki, "Eurojackpot" lotereyası 2012-ci ildən Avropa İttifaqı ölkələrinin əksəriyyətində keçirilir. Uduşlu rəqəmlər Helsinkidə həftənin cümə günləri elan olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 456