Mikroavtobus “KamAZ”la toqquşdu - 4 yaşlı uşaq öldü


15:47     10 Fevral 2019 2019/02/D4BD4379-5EE1-4069-9D25-010C59B52F99_1549799887.jpeg

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Femida.az “Report”a istinadən xəbər verir ki, hadisə Aşıqalılar kəndində qeydə alınıb.

“Ford” markalı mikroavtobus yol kənarında dayanan “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə mikroavtobusda olan 4 yaşlı oğlan uşağı ölüb. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 465