Sumqayıtda güclü yanğın - Bir neçə ev yandı

Sumqayıtda güclü yanğın - Bir neçə ev yandı


16:53     10 Fevral 2019 yangin_38673636.jpg

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində güclü yanğın baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 600 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin yanar konstruksiyaları 300 m² sahədə yanıb.

Nazirlikdən əvvəllər həmin evlərdə məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmadığı bildirilib.

Yanğının səbəbi bilinmir.

Femida.az

Açar sözlər:

Oxunub: 214